Ajax-da ayrılıq
Ajax Deyli Blindlə yollarını ayırıb.
Goal.az Amsterdam təmsilçisinin saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə müddəti başa çatan müqavilə yenilənməyib. O, Belçikanın Antverpen klubu ilə anlaşıb.
Ajax-ın yetirməsi olan Blind müxtəlif zamanlarda komandanın heyətində meydana çıxdığı 333 rəsmi matçda 13 qol, 21 məhsuldar ötürmə ilə yadda qalıb.