08/11/2019
17:57
1709
| A A A
Premyer Liqada ayın ən yaxşı məşqçisi seçildi

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, Chelsea-nin baş məşqçisi Frenk Lempard həmkarlarını qabaqlayıb.

London təmsilçisi ötən ay keçirdiyi 3 oyunun hamısında qələbə qazanıb. "Zadəganlar" Southampton (4:1), Newcastle (1:0) və Burnley-i (4:2) məğlub edib.

Qeyd edək ki, Lempard bu ad uğrunda mübarizədə Yurgen Klopp (Liverpool), Qrem Potter (Brighton), Brendan Rodcers (Leicester City) və Din Smiti (Aston Villa) üstələyib.