04/12/2020
20:27
2959
| A A A
Barcelona klubu iqtisadi olaraq çöküb

Barcelona direktoru klubun iqtisadi vəziyyətini dəyərləndirib.

Goal.az xəbər verir ki, Çarlz Tuskuets bu barədə yerli radioların birində danışıb.

O, keçən həftə əldə etdikləri razılaşmaya görə, oyunçuların klubun iqtisadi vəziyyətinə qatqı təmin etmək üçün yanvar ayında maaşlarını almayacaqlarını qeyd edib.

"Bu razılaşma sayəsində mövsümü nəğd problemi yaşamadan bitirə bilərik. Futbolçulara ödəməli olduğumuz 170 milyon avro isə gələn 4 il ərzində qaytarılacaq",- deyə direktor əlavə edib.

Tuskuets hər şeyin stadionların açılmasına bağlı olduğunu vurğulayıb. Belə ki, onun sözlərinə görə, stadionlar açıldıqda heç bir şey etmədən 220 milyon avro qazanacaqlar və sponsorlar sayəsində 320 milyon avro da əlavə gəlir əldə olunacaq.

Qeyd edək ki, mövcud pandemiya şəraiti ilə əlaqədar bağlanan stadionların açılacağı tarix hələ bəlli deyil.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24358 səs