Bundesliqada yeni mövsümün başlama tarixi açıqlandı
Almaniya Bundesliqasında 2021/2022 mövsümünün avqustun 13-də başlaması planlaşdırılır.
Goal.az xəbər verir ki, ilk turun matçlarının 13 - 15 avqustda keçirilməsi nəzərdə tutulur.
Yeni mövsümün ilkin təqvimi Almaniya Futbol İttifaqının (DFL) rəyasət heyəti tərəfindən bu gün təsdiqlənib.
Bundesliqada qış fasiləsi isə dekabrın 19-da başlayacaq və yanvarın 7-dək davam edəcək. Ölkə çempionatı mayın 14-də başa çatacaq.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR