05/12/2020
12:26
821
| A A A
Maradonanın adı stadiona verildi

Napoli-yə məxsus stadionun adı dəyişdirilib.

Goal.az xəbər verir ki, arena komandanın sabiq kapitanı Dieqo Maradonanın şərəfinə Dieqo Armando Maradona stadionu adlandırılıb.

Bununla bağlı qərarı Neapoli şəhərinin rəhbərliyi qəbul edib. Sorğuda yerli bələdiyyənin bütün üzvləri dəyişikliyin lehinə səs veriblər.

Napoli növbəti ev oyununu dekabrın 12-də İtaliya A Seriyasının XI turu çərçivəsində Sampdoria-ya qarşı keçirəcək.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. Argentinalı əfsanəvi futbolçu 1984 - 1991-ci illərdə Napoli-də çıxış edib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24357 səs