Ajax-da yeni müqavilə
Ajax futbolçusu Nikolas Talyafiko ilə müqavilənin müddətini uzadıb.
Goal.az xəbər verir ki, bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb.
28 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2023-cü ilin yayına kimi Amsterdam klubunda edəcək. Onun əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədər idi.
Qeyd edək ki, argentinalı müdafiəçi Ajax-a 2018-ci ildə ölkəsinin İndependiente klubundan transfer olunub. Argentina yığmasının üzvü paytaxt klubunda 111 rəsmi oyuna çıxıb, 12 qola imza atıb.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR