Valencia-da yeni müqavilə
Valencia klubu yarımmüdafiəçisi Yunus Musa ilə müqavilənin müddətini uzadıb.
Goal.az xəbər verir ki, amerikalı futbolçu ilə 6 illik yeni müqavilə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gənc yarımmüdafiəçi bu mövsüm Valencia-da 10 rəsmi oyuna çıxıb.
Qeyd edək ki, 18 yaşlı futbolçu Valencia-ya 2019-cu ildə London Arsenal-ından gəlib.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR