05/12/2020
16:00
614
| A A A
Qarabağ - Qəbələ oyunu da təxirə salındı

Azərbaycan Premyer Liqasının 12-ci turunda keçiriləcək “Qarabağ” – “Qəbələ” oyunu təxirə salınıb.

Goal.az xəbər verir ki, bu barədə qərarı Peşəkar Futbol Liqası verib.

“Qarabağ”ın heyətində 7 futbolçuda COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün sabah keçirilməli olan görüş baş tutmayacaq.

Beləliklə, Premyer Liqada 12-ci turun bütün qarşılaşmaları təxirə salınıb.

Bunadək digər üç matç – “Zirə” – “Sumqayıt”, “Neftçi” – “Sabah” və “Keşlə” – “Səbail” qarşılaşmaları da təxirə düşmüşdü.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24466 səs