05/12/2020
17:17
2761
| A A A
PSG Messiyə nə vəd edir?

PSG müqaviləsi bitdikdən sonra Barcelona-nı tərk etməyə qərar verərsə, Messini transfer etmək istəyən öncüllərdən biridir.

Buna görə də, Neymardan klubun prezidentinə qədər hər kəs ulduz futbolçunu razı salmağa çalışır.

Goal.az Fransa klubunun verdiyi vədləri açıqlayır:

Daha çox gəlir

PSG dünya futbolunun ən varlı klublarından biridir. Fransız klubu Messiyə indikindən daha çox gəlir əldə etmək imkanı vəd edir.

Ulduz komanda

Neymar, Mbappe, İkardi, Klubun fikrincə, Keylor, Marko Verratti, Leandro Paredesin yer aldığı heyətə qoşulmaq argentinalı futbolçu üçün əlavə bir üstünlük yaradacaq.

Yaxşı dostluqlar

Messinin PSG-dən bəzi oyunçular ilə yaxın münasibəti olduğu bəllidir. Eyni komanda daxilində isə daha yaxşı dostluqlar qura biləcəyi düşünülür.

Daha yaxşı həyat

Barselona Avropanın ən yaxşı şəhərlərindən biri ola bilər, ancaq Paris əvəzolunmaz bir paytaxtdır. Klub məşhur futbolçu və ailəsini yüksək səviyyədə qonaq etmək üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24346 səs