05/12/2020
17:36
1472
| A A A
Psixoanalist: "Zidan sevgisizliyə dözə bilmir"

"Zidanın işində rahat hiss etməsi üçün ətrafındakıların sevgisinə ehtiyacı var".

Goal.az xəbər verir ki, bunu fransız psixoanalist Sabine Kallegari "Zidanın başının içində" adlı kitabında yazıb.

Müəllif kitabında məşhur futbolçunun Real Madrid-dən ayrılması məsələsinə də toxunub.

O, qeyd edib ki, ardıcıl 3 dəfə Çempionlar Liqası Kubokunu qazandıqdan sonra baş məşqçinin 2018-ci ildə "kral klubu"dan ayrılmasına səbəb klubda sevginin olmaması olub.

"Ulduz hər şeydən əvvəl hamı kimi əziyyət çəkən bir insandır. Açıqlamalarından aydın olur ki, o, göstərdiyi sevgini hiss etməyib və klubu tərk edib" ,- deyə psixoanalist əlavə edib.

Kalleqari sonda fransız futbolçunun bu hisslərini valideynlərini tanımamağın gətirdiyi boşluqla əlaqələndirib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24346 səs