Klublararası dünya çempionatına ev sahibliyi edəcək ölkə bilindi
COVİD-19 səbəbindən 2021-ci ilə təxirə salınan 2020 Klublararası Dünya Kubokuna Yaponiya ev sahibliyi edəcək.
Goal.az xəbər verir ki, bu barədə FIFA məlumat yayıb.
Məlumatda fevral ayında keçirilməsi planlaşdırılan turnirin ilin sonunda baş tutacağı bildirilib.
Qeyd edək ki, Klublararası Dünya Kuboku FIFA tərəfindən altı kontinental konfederasiyanın çempion klubları arasında təşkil olunan futbol turniridir.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR