15/05/2019
17:55
1526
| A A A
Porto-dan Atletico Madrid-ə

Atletico Madrid yeni mövsüm transfer çalışmalarına başlayıb. Goal.az xəbər verir ki, Madrid təmsilçisi artıq bir futbolçunu sıralarına cəlb edib.

Söhbət Porto-nun mərkəz müdafiəçisi Felipedən gedir. Atletico Braziliya yığmasının üzvünün keçidini artıq həll edib. Anlaşmaya əsasən, bu transfer portuqaliyalılara 20 milyon avro qazandırıb. 29 yaşlı oyunçu yaxın günlərdə yeni komandası ilə rəsmi sözləşməyə qol çəkəcək.

Qeyd edək ki, Porto-nun digər mərkəz müdafiəçisi Eder Militao isə Real-a keçib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15870 səs