15/05/2019
18:24
787
| A A A
Roma De Rossiyə müqavilə təklif edib

Cari mövsümün sonunda Daniele De Rossi ilə yollarını ayıracaq Roma-dan açıqlama gəlib.

Goal.az xəbər verir ki, klub rəsmisi Quido Fienqa, futbolçuya Roma-da işləməklə bağlı müqavilə təklif olunduğunu deyib:

“Bazar ertəsi Danieleylə görüşdüm, ona klubun qərarını açıqladım. Rəhbərlik səviyyəsində olan fikir dəyişikliyi səbəbiylə onunla davam etmək istəmədilər. Amma şəxsi olaraq, onun kimi birinin gələcəkdə Roma-nın baş məşqçisi və ya rəsmisi olmasını istəyərəm. Futbolçu olaraq deyil, idarəçi olaraq onun kimi futbol dünyasından gələn bir insana ehtiyacımız var. De Rossiyə müddətsiz müqavilə təklif etdik. Ondan bizimlə birlikdə Roma-nı daha yaxşı klub etməsini istəyirik. Tez, ya da gec, Daniele bu vəzifəyə gələcək”.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16218 səs