Messi, İkardi və Dibala milliyə çağırıldı
Argentina millisinin Amerika kuboku üçün geniş heyəti açıqlanıb.
Goal.az xəbər verir ki, yığmanın baş məşqçisi Lionel Skaloni 32 futbolçuya dəvət göndərib. Onların arasında Barcelona-nın kapitanı Lionel Messi, İnter-in hücumçusu Mauro İkardi və Juventus-un yarımmüdafiəçisi Paulo Dibala da var.
Qeyd edək ki, yekun heyət gələn həftə müəyyənləşəcək. Amerika Kuboku iyunun 14-də start götürəcək.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR