16/05/2019
16:41
2049
| A A A
Manchester City UEFA-nın Məhkəmə Palatası İnstansiyasına verildi

İngiltərənin Manchester City klubu maliyyə feyr-pleyinin pozulması ittihamı ilə Klublara Maliyyə Nəzarəti üzrə UEFA-nın Məhkəmə Palatası İnstansiyasına (CFCB) verilib.

Goal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, CFCB-nin qərarı elan olunana qədər UEFA hər hansı açıqlama verməyəcək.

Qeyd edək ki, İngiltərə təmsilçisi 2014-cü ildə maliyyə feyr-pleyinin pozulması barədə qaldırılmış iş üzrə və sponsorluq müqavilələrin həcmi barədə doğru olmayan informasiya verməkdə şübhəli bilinir. Həmin vaxt "şəhərlilər" 49 milyon funt-sterlinq (təqribən 63 milyon dollar) məbləğində cərimə olunmuşdu. Klub isə bütün ittihamları rədd edib.

Qeyd edək ki, Manchester City 2018-2019 mövsümündə İngiltərə çempionu olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22444 səs