16/05/2019
12:10
4860
| A A A
Real Madrid-dən növbəti transfer

Eintracht-ın hücumçusu Luka Yoviçin karyerasını Real Madrid-də davam etdirəcəyi dəqiqləşib.

Goal.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, Madrid təmsilçisi həm futbolçunun özü, həm də klubu ilə hərtərəfli anlaşıb. Transferin rəsmən açıqlanması isə Bundesliqanın son turuna görə yubanır. Eintracht-la Bayern-in mayın 18-də keçiriləcək qarşılaşmasından sonra - gələn həftə transfer bəyan ediləcək. Bu keçid ispanlara 60 milyon avroya başa gələcək. Bunun 48 milyonu Eintracht-a, 12 milyonu isə serbiyalı forvardın keçmiş klubu Benfica-ya çatacaq.

Qeyd edək ki, Luka Yoviç bu mövsüm Bundesliqada meydana çıxdığı 31 oyunda 17 qol vurub, 5 assist edib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22442 səs