16/05/2019
15:06
10654
| A A A
Arsenal UEFA-dan cavab istəyir: "Final üçün məkanı hansı göstəricilərə görə seçirsiniz?!"

İngiltərənin Arsenal klubu öz saytında yerləşdirdiyi məlumatda UEFA-nı final üçün Bakını seçməkdə günahlandırıb.

Goal.az xəbər verir ki, açıqlama “Avropa Liqasının finalına yüksəldiyimiz üçün xoşbəxtik və səbirsizliklə mayın 29-unda Chelsea ilə qarşılaşmanı gözləyirik” qeydi ilə başlayır.

“Buna baxmayaraq, biz UEFA-nın nəqliyyat məhdudiyyətlərinə görə 60 min azarkeş tutumu olan stadionda ən çox 6 min azarkeşimizin olcağına təəssüflənirik. Zaman göstərəcək ki, 6 min azarkeşimiz Bakı səfərinin çətinliyi səbəbindən bizi orda dəstəkləyə biləcək, yoxsa yox.

Bizim 45 min abunə olan fanatımız var. Onların böyük bir qismi final matçını buraxacaq, çünki UEFA elə yer seçib ki, daşınma problemi var və bu düzgün deyil. Biz azarkeşlərimizdən bununla bağlı məyusedici mesajlar alırıq.

Biz azarkeşlərimizi düşünərək, bilmək istəyirik ki, UEFA finallar üçün məkanı hansı göstəricilərə əsasən seçir.

Biz növbəti mövsümlərdə UEFA-nı final məkanı seçərkən, daşınma və digər tələblərə xüsusi həssalıqla yanaşmağa çağırırıq. Bu mövsüm baş verən hadisələr qəbuledilməzdir və təkrarlana bilməz. Biz bu vəziyyətdən xilas olmaq üçün gələcəkdə müzakirələrdə iştirak etməyə hazırıq".

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15869 səs