16/05/2019
15:39
1880
| A A A
Macarıstan millimizlə oyun üçün heyəti açıqladı

Macarıstan milli komandasının Azərbaycan və Uelslə keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə qrup oyunları üçün heyəti açıqlanıb.

Goal.az Macarıstan Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Marko Rossi qarşıdakı oyunlara 32 futbolçu çağırıb. Onlardan 26-sı yekun heyətdə yer alacaq.

Qapıçılar: Dibuş Denes, Qrof David, Peter Qulaşi, Adam Kovaçik

Müdafiəçilər: Barat Botond, Beşe Barnabaş, Yanoş Ferentsi, Fiola Attila, Tamaş Kadar , Korhut Mihály, Lovrencsics Gergő, Pávkovics Bence, Vinícius Paulo, Willi Orbán.

Yarımmüdafiəçilər: Gazdag Dániel, Holman Dávid, Kalmár Zsolt, Kleinheisler László, Kovács István, Nagy Ádám, Pátkai Máté, Szoboszlai Dominik.

Hücumçular: Bódi Ádám, Dzsudzsák Balázs, Eppel Márton, Holender Filip, Nagy Dominik, Németh Krisztián, Szalai Ádám, Varga Roland, Vida Kristopher, Zsótér Donát.

Yanoş Ferentsi və Bens Pavkoviç daha əvvəl əsas millidə olmayıblar. Kristofer Vida və Donat Joter isə yığmaya dəvət alsalar da, meydana çıxmayıblar. Həmçinin uzun müddətdən sonra David Qrof, Marton Eppel və Atilla Fiola yığmaya dəvət alıblar. Heyət hazırlıq prosesinə iyunun 2-də başlayacaq. 

Qeyd edək ki, Macarıstan Azərbaycanla iyunun 8-də Bakıda, Uelslə isə iyunun 11-də Budapeştdə üz-üzə gələcək. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34127 səs