15/05/2019
17:03
2122
| A A A
"Bakıda keçiriləcək mövsümün oyununa..." - Aspilikueta

"İlk dəfədir Bostonda oluram. ABŞ-a gəldiyimiz üçün şadam. Bu oyunu səbirsizliklə gözləyirdik. Çünki bu, antisemitizm və hər cür ayrı-seçkiliklə mübarizədə böyük hadisədir".

Goal.az xəbər verir ki, bunu Chelsea-nin kapitanı Sezar Aspilikueta deyib.

İngiltərə Premyer Liqasında mövsüm başa çatdıqdan dərhal sonra ABŞ-a yollanan "zadəganlar" yerli "New England Revolution" komandası ilə yoldaşlıq görüşü keçirəcək.

Oyunöncəsi mətbuat konfransı keçirən İspaniya millisinin üzvü Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşması barədə də fikir bildirib. 30 yaşlı müdafiəçi bunu özləri üçün mövsümün oyunu hesab edir: "Bakıda keçiriləcək mövsümün ən vacib oyununa az vaxt qalıb. Kollektivdə yaxşı ab-hava hökm sürür. Həlledici matça isə 2 həftə var. Həmin vaxta qədər formada qalmaq və ab-havanı qorumaq istəyirik".

Qeyd edək ki, Chelsea mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununda Arsenal-la üz-üzə gələcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22442 səs