16/05/2019
11:48
810
| A A A
"AL finalı üçün Frankfurtdan Bakıya 130 avroya uçmaq olar" - BİLD

Almaniyanın “Bild” nəşri Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı geniş yazı dərc edib.

Məqalədə Azərbaycan paytaxtının ilk dəfə 2012-ci ilin 26 mayında  “Eurovision” mahnı yarışmasına ev sahibliyi etməklə diqqət mərkəzinə düşdüyü vurğulanıb.

Qeyd olunub ki, Bakı çoxlu sayda tarixi və müasir tikililərdən ibarət cəlbedici şəhərdir: “Qafqazın ən sıx məskunlaşmış şəhəri dəniz kənarında yerləşir və adının mənası “güclü külək” deməkdir. Orada 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmış Qız Qalası, Şirvanşahlar Sarayı və böyük məscid var. Maraqlıdır ki, şəhərdə yəhudi, xristian və islam dini məbədləri mövcuddur. Bakıda bir az Parisdən, bir az Dubaydan, bir az da Moskvadan var. Yəni, bu 3 şəhərin özəlliklərini özündə cəmləşdirib”.

Yazıda mayın 29-da Avropa Liqasının final matçının baş tutacağı Bakı Olimpiya Stadionu barədə də məlumat verilib və arenaya getmək üçün marşrut izah olunub: “Bakı Olimpiya Stadionu 2015-ci ildə istifadəyə verilib. Stadion məşq meydançaları və yaşayış binalarının olduğu Atletlər Kəndinin ərazisindədir. Şəhər 2016 və 2020-ci illərdə Yay Olimpiya Oyunlarına namizəd olub. Stadion hava limanı yaxınlığındadır və ora taksi ilə getmək asandır. Ən yaxın metro stansiyası “Koroğlu”dur. Oradan stadiona piyada 12 dəqiqəyə getmək mümkündür. Vaxtınız çox olarsa, stadionda tura çıxa bilərsiniz. Ekskursiya təkcə oyun günləri təşkil edilmir. Frankfurtdan Bakıya uçuş biletləri birbaşa və tranzit olmaqla 130 avrodan başlayır. Bəzi şirkətlər müxtəlif paketlər təklif edir. Məsələn, “Vietentours” 298 avrodan və ya Fanreisen24.com 510 avrodan başlayan paketlər satır. Paketə otel, stadiona gediş-dönüş və şəhərdə ekskursiya daxildir. Bilet qiyməti paketə aid deyil”.

Qeyd edək ki, mayın 29-da saat 23:00-da başlayacaq finalda İngiltərənin Arsenal və Chelsea komandaları qarşılaşacaq.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16219 səs