Atletico Madrid növbəti keçidini planlaşdırır
Atletico Madrid növbəti transferini etməyə yaxındır.
Goal.az xəbər verir ki, Madrid klubu Valencia-nın hücumçusu Rodriqo Morenonu transferi üçün razılığa gəlib. Atletico-nun bu transferə görə 60 milyon avro ödəyəcəyi bildirilib.
Komandasının son məşqini buraxan ispan oyunçunun transferini yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.