09/10/2019
19:28
2821
| A A A
Anası Barcelona-ya keçməsini istəyir

Juventus-un yarımmüdafiəçisi Adrian Rabo komandadakı durumundan narazıdır.

Goal.az xəbər verir ki, "Yuve”nin baş məşqçisi Mouritsio Sarri Rabonu daim start heyətin də meydana buraxmır. Futbolçunun durumu onun anası Veroniko Rabanı da narazı salıb.

Əgər vəziyyət düzəlməsə, onda Veronika oğlunun Barcelona-ya keçməsinə cəhd göstərəcək. Bu variant yayda yaranmışdı, ancaq həmin vaxt futbolçu "Yuve”yə üstünlük vermişdi.

Rabo Juventus-a havayı başa gəlib. PSG ilə müqaviləsi başa çatdığı üçün Turin nəhənginə azad agent kimi keçib. O, cari mövsümdə A seriyasında cəmisi 3 oyunda meydana çıxıb ki, onlardan da yalnız birində 90 dəqiqə oynayıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37566 səs