Azərbaycan Kuboku: Bu gün 1/4 finalın daha 2 oyunu keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək.
Goal.az xəbər verir ki, bununla da ilk qarşılaşmalara yekun vurulacaq.
Günün ilk matçında Kəpəz Turan Tovuz-u qəbul edəcək. Gəncə şəhər stadionunda oynanılacaq görüş saat 14:00-da başlayacaq. Oyunu Rauf Allahverdiyev idarə edəcək.
İki komanda indiyədək ölkə kubokunda üz-üzə gəlməyib.
Günün son matçında isə Sabah "ASCRO Arena"da Səbail-lə qarşılaşacaq. Qarşılaşmanın baş hakimi Nicat İsmayıllı olacaq. Komandalar bunadək Azərbaycan Kubokunda bir-birinə rəqib olmayıb. (report)