09/12/2022
13:25
1899
| A A A
"Təşəkkür edirəm Killian Mbappe" - Pele

Braziliya millisinin əfsanəvi futbolçusu Pele Fransa yığmasının hücumçusu Kilian Mbappenin onun rekordunu qırmasına münasibət bildirib.

Goal.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb: "Təşəkkür edirəm Killian Mbappe. Sevinirəm ki, bu dünya çempionatında növbəti rekordumu qırdın, dostum!"

Qeyd edək ki, Kilian Mbappe dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk futbolçu olub. Daha əvvəl bu rekord Peleyə məxsus idi. O, 24 yaşına çatmamış 7 dəfə fərqlənmişdi.

GÜNÜN ƏN ÇOX OXUNANLARI