15/05/2019
17:29
799
| A A A
İran millisinin baş məşqçisi bilindi

İran millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Goal.az xəbər verir ki, komandanı Mark Vilmots çalışdıracaq.

50 yaşlı mütəxəssislə danışıqlar artıq müsbət nəticələnib. Belçikalı müqavilə imzalamaq üçün artıq Tehrana yollanıb. Gün ərzində bu məsələnin rəsmiləşməsi gözlənilir. Vilmots bu postda portuqaliyalı Karluş Keyruşu əvəzləyib.

Qeyd edək ki, Mark Vilmotsun son iş yeri 2017-ci ildə Fil Dişi Sahili yığması olub. O, 2012-2016-cı illərdə Belçika millisinə rəhbərlik edib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
15869 səs