13/09/2017
11:34
8420
| A A A
"Chelsea"nin qapıçısı üçün "Qarabağ"la oyun əlamətdar olub

"Qarabağ"la Çempionlar Liqasının qrup mərhələsində keçirilən oyun (6:0) "Chelsea"nin qapıçısı Tibo Kurtua üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, belçikalı qapıçı 30-cu dəqiqədə Zappakostanın fərqləndiyi epizodda aktivinə məhsuldar ötürmə yazdırıb. Bununla da, Kurtua 2012-ci ildən sonra Çempionlar Liqasının qrup oyununda məhsuldar ötürmə verən ilk qapıçı olub. 5 il öncə "Celtic"in çərçivə qoruyucusu Freyzer Foster "Barcelona" ilə oyunda bunu etmişdi. 

GÜNÜN ƏN ÇOX OXUNANLARI