13/09/2017
12:12
6579
| A A A
Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşdü

Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşüb. Goal.az xəbər verir ki, təcrübəli müdafiəçi eyni mövsümdə Çempionlar Liqasında həm baş məşqçi, həm də futbolçu kimi iştirak edib. Sadıqov “Qarabağ”ın kapitanı olmaqla yanaşı, həm də Ağdam təmsilçisinin U-19 komandasının baş məşqçisidir. Ötən il Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan çempionu olan “Qarabağ”ın U-19 komandası da UEFA Gənclər Liqasında mübarizəyə start verib. Sadıqovun rəhbərlik etdiyi komanda qrupda ilk oyununda “Chelsea”yə Londonda 0:5 hesabı ilə uduzub.

 

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66308 səs