07/12/2017
09:48
3646
| A A A
Çempionlar Liqasında 1/8-in bütün iştirakçıları müəyyənləşdi
Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin son oyunlarından sonra qitənin ən nüfuzlu klub turnirində 1/8 finala vəsiqə qazanan bütün komandalar müəyyənləşib.
Goal.az xəbər verir ki, son 4 vəsiqənin sahibi İngiltərə "Liverpool"u, İspaniya "Sevilla"sı, Ukrayna "Shakhtar"u və Portuqaliya "Porto"sudur. Daha əvvəl İngiltərənin "Manchester United", "Manchester City", "Tottenham" və "Chelsea", İtaliyanın "Roma" və "Juventus", İspaniyanın "Real Madrid" və "Barcelona", Türkiyənin "Beşiktaş", İsveçrənin "Basel", Fransanın PSG, Almaniyanın "Bayern Munich" komandaları da adını 1/8 finala yazdırıb.
Öz qruplarında 3-cü yeri tutan Rusiya "Spartak"ı, İtaliya "Napoli"si, Almaniyanın "Leipsig" və "Borussia" (Dortmund) klubları Rusiyanın MOİK, Şotlandiyanın "Celtic", İspaniyanın "Atletico" və Portuqaliyanın "Sporting" komandaları ilə birgə mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcəklər.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
69614 səs