07/12/2017
11:19
6121
| A A A
Yenə Ronaldo, yenə rekord

"Real"ın ulduz hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsində keçirilən altı oyunun hamısında qol vurmağı bacaran ilk futbolçu kimi tarixə düşüb.

Goal.az xəbər verir ki, portuqaliyalı futbolçu bu tarixi nailiyyətə Madriddə keçirilən "Real" – "Borussia" matçında nail olub.

O hazırda 9 qolla Çempionlar Liqasının cari turnirində bombardirdir.

Xatırladaq ki, davam edən mövsümdə Neymar da analoji uğura çox yaxın olub. Futbolçunun "Bayern Munich" - PSG (3-1) matçında fərqələnə bilməməsi onu bu uğurdan məhrum edib.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
69614 səs