07/12/2017
16:52
6506
| A A A
"Qarabağ" bu göstəriciyə əsasən Çempionlar Liqasında birincidir

“Qarabağ” futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində ən çox qırmızı vərəqə alan komanda olub.

Ağdam təmsilçisinin 3 futbolçusu – hücumçu Dino Ndlovu, yarımmüdafiəçi Pedro Enrike və kapitan Rəşad Sadıqov meydandan kənarlaşdırılıb.

Portuqaliya təmsilçisi “Benfica”nın passivində 2 qırmızı vərəqə var. “Feyenoord” (Hollandiya), “Monaco” (Fransa), “Porto” (Portuqaliya), “Shakhtar” (Ukrayna), “Barcelona”, “Atletico” (hər iksi İspaniya), “Leipzig” (Almaniya), “Liverpool”, “Tottenham” (hər ikisi İngiltərə), “Anderlecht” (Belçika) və “Roma” (İtaliya) klubları isə 1 futbolçusu “qırmızı” alıb.

Bir matçda ən çox birbaşa qırmızı vərəqə isə VI tur çərçivəsində keçirilən “Porto” – “Monako” görüşündə qeydə alınıb. Meydan sahiblərinin 5:2 hesabı ilə qalib gəldiyi oyunda hər komandadan 1 futbolçu meydandan qovulub. 1:1 hesabı ilə yekunlaşan “Atletico” – “Qarabağ” qarşılaşmasında Enrike birbaşa “qırmızı” görübsə, Stefan Saviç ikinci “sarı”dan sonra komandasını azlıqda qoyub.

Portuqaliya təmsilçisi “Sporting” isə sarı vərəqə sayında liderdir. Bu komandanın 19 oyunçusu referilər tərəfindən xəbərdarlıq alıb. Ən çox “sarı” da elə bu kollektivin “Barcelona”ya 0:1 hesabı ilə uduzduğu qarşılaşmada göstərilib – 8. “Feyenoord”un yarımmüdafiəçisi Tonni Trindade de Vilena 4 “sarı”, 1 “qırmızı” ilə turnirin ən intizamsız futbolçusu olub. Qrup mərhələsinin ən centlmen komandası “Chelsea”dir. İngiltərə çempionunun futbolçuları cəmi 5 dəfə sarı vərəqə ilə cəzalandırılıblar. “Qarabağ”ın “sarı”larının sayı isə 14-dür.

Qeyd edək ki, Dino Ndlovu “Atletico”, Sadıqov “Chelsea” ilə ev oyununda qırmızı vərəqə alıb. Pedro Enrike isə “Atletico” ilə səfər matçında meydandan qovulub. Bunlardan yalnız Ndlovu ikinci sarıdan sonra meydanı tərk etmək məcburiyyətində qalıb.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
69614 səs