13/02/2018
09:53
3587
| A A A
Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilir

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları start götürəcək.

Goal.az xəbər verir ki, ilk oyun günündə biri İsveçrədə, digəri İtaliyada olmaqla iki matç baş tutacaq. 

Turnirin favoritlərindən sayılan “Manchester City” səfərdə “Basel”lə qarşılaşacaq. İngiltərə Premyer Liqasının lideri olan qonaqlar cütün taleyini elə ilk görüşdə həll etmək niyyətindədir. Milli çempionatda 2-ci sırada yer alan meydan sahibləri isə sürpriz etmək arzusundadırlar.

Gecənin ikinci matçı Turində keçiriləcək. Turnirin son finalçısı “Juventus” İngiltərə təmsilçisi “Tottenham”i qəbul edəcək. “Qoca sinyora” hazırda A seriyasında ikinci pillədə qərarlaşdıqları halda, yaxşı formada olan London komandası Premyer Liqada 4-cü yerdədir.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

13 fevral

 

23:45. “Basel” (İsveçrə) – “Manchester City” (İngiltərə)

Baş hakim: Yunas Eriksson (İsveç)

23:45. “Juventus” (İtaliya) – “Tottenham” (İngiltərə)

Baş hakim: Feliks Brıx (Almaniya)