25/03/2018
15:19
13944
| A A A
ÇL-in oyunlarının vaxtı dəyişdi

Bu gün saat 04:00-da dünyanın əksər ölkələrində saatlar 1 saat geri çəkilib.

Goal.az xəbər verir ki, Azərbaycan saat çəkilməsindən imtina etdiyindən ölkəmizdə bu baş verməyib. Nəticədə başqa ölkələrdəki saat dəyişikliyi dünyanın idman meydanlarında keçirilən yarışların ölkəmizdə başlama saatına təsir göstərib. Artıq tamaşaçılar beynəlxalq yarışları 1 saat daha tez izləyəcəklər.

Ölkəmizdə yayımlanan olan Çempionlar Liqası, Avropa Liqası və digər 4 çempionatın oyunları da yeni vaxtla başlayacaq. Məsələn, ÇL-in görüşlərini saat 23:45-dən deyil, 22:45-dən izləmək mümkün olacaq.