13/04/2018
16:30
6161
| A A A
"Bayern Munchen" və "Real"dan Avrokubok rekordu

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində Real Bayern Munchen-lə qarşılaşacaq. Goal.az xəbər verir ki, klublar Avrokuboklarda 25 və 26-cə dəfə üz-üzə gələcək. Bu, şəxsi görüşlərin sayına görə rekord göstəricidir. Münhen klubu Çempionlar Liqasının yarımfinalında 6-cı dəfə İspaniya təmsilçisi ilə qarşılaşacaq. Qeyd edək ki, "Real" son 5 oyunda "Bavariya"nı məğlub etməyi bacarıb.