14/04/2018
13:19
7490
| A A A
Çempionlar Liqasında 37 il sonra eyni hal

Çempionlar Liqasının yarımfinalında 4 ölkə təmsil olunacaq.

Goal.az-ın məlumatına görə, bunlar İspaniya, İngiltərə, Almaniya və Fransadır.

Bu 4 ölkənin qitənin ən nüfuzlu klub turnirinin yarımfinalında mübarizə aparmasına sonuncu dəfə 1980/81 mövsümündə təsadüf olunub. Həmin vaxt yarımfinalda İspaniyanı Real Madrid, Almaniyanı Bayern Munchen, İngiltərəni Liverpool, İtaliyanı İnter təmsil edib. Hələ Çempionlar kuboku adlanan yarışın qalibi adını isə Liverpool qazanıb.

37 ildən sonra eyni ölkələri təmsil edən 4 komandadan üçü həmin klublardı. Yalnız İtaliyada İnter-i Roma əvəz edirsə, Real, Bayern Munchen və Liverpool yenidən kubok üçün mübarizə aparır. //apasport