12/06/2018
15:49
12845
| A A A
Çempionlar Liqasının ilk püşkü atıldı

2018-19 avrokubok mövsümünün ilk püşkatma mərasimi keçirilib.

Goal.az xəbər verir ki, Çempionlar Liqasında ilkin mərhələnin cütlükləri müəyyənləşib.

Bu mərhələdə 4 komanda iştirak edəcək və onlardan yalnız 1-i növbəti mərhələyə adlayacaq. Yeni formata görə, əvvəlcə iyunun 26-da yarımfinal görüşləri olacaq. Qaliblər 3 gün sonra final matçında üz-üzə gələcək və qələbə qazanan komanda adını I təsnifat mərhələsinə yazdıracaq. Həmin klub eyni zamanda Azərbaycan çempionu Qarabağ-ın potensial rəqibinə çevriləcək. Məğlub 3 komanda isə Avropa Liqasının II təsnifat mərhələsinə yollanacaq.

FK Santa Coloma (Andorra) - Drita (Kosovo)

La Fiorita (San-Marino) - Linkoln (Cəbəllütariq)