11/07/2018
23:57
4535
| A A A
Qarabağ Çempionlar Liqasında ilk oyununa çıxıb

Çempionlar Liqasında çıxış edən Qarabağ I təsnifat mərhələsinin ilk oyununa çıxıb. Ağdam klubu Sloveniyanın Olimpija klubu ilə qarşılaşmada qüvvəsini sınayacaq. Goal.az xəbər verir ki, Lyublyananın “Stojitse” stadionunda baş tutan oyunda təmsilçimiz minimal hesablı qələbə qazanıb. Komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

11 iyul

Olimpija (Sloveniya) – Qarabağ (Azərbaycan) - 0:1

Qol: Vild-Donald Gerye, 79

Qırmızı vərəqə: Abass İssa, 85 - Qara Qarayev 90+

Baş hakim: Lourense Visser

Baş hakimin köməkçiləri: Karel de Roker, Co de Veyrdt

Dördüncü hakim: Bram van Drieşe (hamısı Belçika)

Hakim-inspektor: Paulius Maljinskas (Litva)

Lyublyana, “Stojitse” stadionu.

Olimpija (Sloveniya): 31. Alyaj İvaçiç, 3. Makki Baqnak, 5. Marko Qayiç, 7. Rok Kronaveter (10. Qoran Brkiç, 81), 17. Abass İssa, 27. Aris Zarifoviç (k), 44. Dino Ştiqleç, 70. Marko Putinçanin, 77. Stefan Saviç (29. Matiç Çrniç, 71), 90. Tomislav Tomiç, 95. Daniel Avramovski (21. Kinqsli Boatenq, 88)

Ehtiyat oyunçular: 41. Neyts Vidmar, 4. Leo Eyup, 8. Daniyel Mişkiç, 23. Nik Kapun

Baş məşqçi: İliya Stolitsa

Qarabağ (Azərbaycan): 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 11. Mahir Mədətov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç (10. Dani Kintana, 63), 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Vild-Donald Gerye, 91. Coşqun Diniyev (6. Simeon Slavçev, 46)

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov

Baş məşqçi: Qurban Qurbanov