13/09/2018
11:51
3284
| A A A
Çempionlar Liqası finalı Nyu-Yorkda keçiriləcək?

Çempionlar Liqasının final qarşılaşmasının Nyu-York şəhərində keçiriləcəyi deyilirdi.

Goal.az xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin bu xəbəri təkzib edib. O, final qarşılaşmasının Avropanın hüdudlarından kənarda keçirilməyəcəyini bildirib: “Bu məsələ müzakirə olunmur. Final oyunu başqa bir yerdə təşkil edilməyəcək. Belə fikrimiz yoxdur”. Əvvəllər İspaniya Premyer Liqasının bəzi matçlarının ABŞ və Kanada stadionlarında keçiriləcəyi deyilirdi. Məqsəd Avropa futbolunu Şimali Amerikada yaymaq idi. Lakin futbolçular bu qərara etiraz etmişdilər.

Xatirladaq ki, ÇL-nin final oyunu 2019-cu il iyunun 1-də Atletico Madrid klubunun ev stadionu “Vanda Metropalitano”da keçiriləcək