18/09/2018
10:22
12002
| A A A
Çempionlar Liqasının "ən"ləri - fotolar

UEFA Çempionlar Liqası qitənin ən nüfuzlu klub turniri hesab olunur.

Goal.az turnirdə indiyədək qeydə alınan "ən"ləri sizə təqdim edir:

Çempionlar Liqasında ən çox qol vuran futbolçu Kriştianu Ronaldodur.

1992-1993 mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanan turnirində yay transfer pəncərəsində Real Madrid-dən Juventus-a keçn portuqal ulduz Ronaldo meydana çıxdığı 153 matçda 120 qol vurmağa müvəffəq olub.

Ronaldonu 125 oyunda 100 qol vuran Barcelona-nın argentinalı ulduzu Lionel Messi təqib edir.

Üçüncü Real Madrid və Schalke 04 formaları ilə 142 oyunda 71 qol vuran ispan Raul Qonzalezdir.

- Bir mövsümdə ən çox qol vuran Ronaldo

Real Madrid formasıyla 2013-2014 sezonunu 17 qolla tamamlayan Ronaldo Çempionlar Liqasında bir mövsümdə ən çox qol vuran oyunçu statusuna sahibdir.

Siyahının ikinci sırasında 2015-2016 mövsümündəki 16 qolluq performansı ilə yenə Ronaldo yer alır.

- Ən çox forma geyinən Kasilyas

Çempionlar Liqasının ən çox forma geyinən futbolçuları siyahısına, Porto-nun ispan qapıçısı İker Kasilyas başçılıq edir.

Turnirdə Real Madrid və Porto formalarıyla 167 oyuna çıxan Kasilyası, 153 qarşılaşma ilə Juventus forması geyinən Ronaldo izləyir.

Barcelona-nın sabiq futbolçusu Xavi 151 oyunla üçüncü sırada yer alır.

- Ən böyük hesablı qələbələr - və ya məğlubiyyətlər

Beşiktaş-ın 2007-ci ilin 6 noyabr tarixində səfərdə oynadığı Çempionlar Liqası matçında İngiltərənin Liverpool klubuna 8-0 hesablı məğlubiyyəti turnirin fərqli hesablarından biri olaraq tarixə düşdü.

2015-2016-cı il mövsümündə İspanyanın Real Madrid komandasına 8-0 uduzan İsveçin Malmö klubu antirekordu Beşiktaş-la bölüşür.

2016-2017 mövsümündə Dinamo Kievə, 2000-2001 sezonunda da Leeds United'a 6-0 yenilən Beşiktaş-ın bu nəticələri də Çempionlar Liqasının ən fərqli məğlubiyyətləri arasında yer alır.

İngiltərədən Arsenal-ın Çexiyadan Slavia Praga-nı, İtaliyadan Juventus-un Yunanıstandan Olympiakos-u, Fransadan Olympique Marseille-nin Slovakiyadan Zilina-nı, Almanyadan Bayern Münih-in İsveçrə-dən Basel və Ukraniyadan Shakhtar Donetsk-i, İspaniyadan Valencia-nın Belçikadan Genk-i, Shakhtar Donetsk-in isə Belarusdan BATE Borisov-u 7-0 üstələdiyi qarşılaşmalar da Çempionlar Liqasının ən fərqli qələbələri arasına girdi.

- Bir oyunda ən çox qol vuran Messi və Luiz Adriano

Barcelona-nın argentinalı ulduz futbolçusu Lionel Messi və Shakhtar Donetsk-də oynadığı dönəmdə braziliyalı Luiz Adriano Çempionlar Liqasında bir matçda ən çox qol vuran futbolçular olmağı bacardı.

Çempionlar Liqasında Barcelona-nın 2011-2012 mövsümünün 2-ci turunda Almaniyanın Bayer Leverkusen klubunu 7-1 məğlub etdiyi qarşılaşmada Messi və 2014-2015 sezonunda Shakhtar Donetsk-in BATE Borisov-u 7-0 darmadağın etdiyi grup mərhələsində Luiz Adriano vurduğu 5 qolla bir oyunda ən çox qol vuran futbolçu olma rekordunu paylaşdı.

Kriştianu Ronaldo, Marko Van Basten, Simone İnzagi, Dado Prso, Ruud van Nistelroy, Andrey Şevchenko, Bafetimbi Qomis, Mario Qomez, Robert Levandovski ve Zlatan Ibrahimoviç bir oyunda etdikləri pokerlə ikinci sıranı paylaşır. Messi də 2009-2010 sezonunda Arsenalla oyunda 4 qol vurmağı bacarıb.

- Ən erkən qol Makaaydan

UEFA Çempionlar Liqasının ən erkən qolunu Hollandiyalı futbolçu Roy Makaay vurub.

Makaay, Bayern Münih'in 7 Mart 2006-cı ildə Real Madrid-i 2-1 məğlub etdiyi qarşılaşmanın 11-ci saniyəsində turnirin ən erkən qoluna imza atdı.

- Ən sürətli ''het-trik''

Turnirdə ən sürətli ''het-trik''ə Fransanın Lyon klubunda forma geyindiyi dönəmdə Bafetimbi Qomis nail olub.

Qomis, 27 dekabr 2011-ci ildə Xorvatiyanın Dinamo Zagreb komandası ilə oynanan və 7-1 sona çatan matçda 8 dəqiqədə 3 qol vuran Qomis ən sürətli ''het trik'' edən futbolçu kimi tarixə düşdü.

Bu sahədə əvvəlki rekord isə Blackburn Rovers forması gieyinən Mike Nevell-ə aiddir. Nevell, 1995-ci ilin 6 dekarında oynanılan Rosenborg matçında 9 dəqiqədə 3 qol vurmuşdu.

- Ən çox "het-trik" edən Messi və Ronaldo

Lionel Messi və Kriştianu Ronaldo Çempionlar Liqasında ən çox "het-trik" edən futbolçu statusunu paylaşır.

Messi, Barcelona forması ilə, Ronaldo da Real Madrid-də 7 dəfə bir oyunda 3 dəfə toru silkələyib. İtalyan Filippo İnzagi, Alman Mario Qomez və braziliyalı Luiz Adriano da 3 dəfə "het-trik"ə imza atıb.

- Ən gənç qol vuran futbolçu

Ən gənç qol atan futbolçu, 1997-ci ilin 1 oktyabrında Rosenborg-Olympiakos matçında qonaqların torunu silkələndirən Peter Ofori-Quaye 17 yaş 195 günlük idi.

Xorvat futbolcu Mateo Kovaçiç de Dinamo Zagreb formasıyla 2011-ci ildə Olympique Lyon-a 7-1 uduzduqları oyunda 17 yaş, 216 günlük ikən qol vurdu və bu kategoriyada 2. sıranı ələ keçirdi.

- Ən yaşlı qol müəllifi Totti

Çempionlar Liqasının ən yaşlı qol vuran oyunçusu, Roma-nın sabiq futbolçusu Françesko Totti oldu.

İtalyan oyunçu, 2014-2015 mövsümündə 38 il 59 günlüyündə Rusiyanın CSKA Moskova matçı ilə oyunda fərqlənmişdi - 1:1.

Tottinin ardından Manchester Unitedin sabiq futbolçusu Ryan Giqqz yer aldı. Uelsli oyunçu, 14 sentyabr 2011-ci ildə oynanan və 1-1 hesablı bərabərliklə yekunlaşan Benfica matçında qol vuranda 37 yaşından 290 gün keçmişdi.

- Zedorf, 3 fərqli klubda 4 kubok qazandı

Hollandiyalı futbolçu Klarens Zedorf, 3 fərqli klubda 4 UEFA Çempionlar Liqası kuboku qazanan tək futbolçu statusuna sahibdir.

Zedorf, 1995-ci ildə Ajax, 1998-ci ildə Real Madrid, 2003 və 2007 illərində isə Milan formaları ilə Çempionlar Liqası kubokunu başı üzərinə qaldırmağı bacarıb.

- "Kubok 1"i qazanan ən yaşlı və ən gənç baş məşqçi

Çempion Klublar Kuboku və UEFA Çempionlar Liqasını qazanan ən gənc çalışdırıcı Jose Villalonga olarkən, ən yaşlısı Raymond Qoethalsdır.

Real Madrid, 1956-cı ildə kuboku qazanarkən baş məşqçi Villalonga 35 yaş 185 günlük idi.

Marseille-nin 1993-cü ildə qazandığı kubokda komandanın çalışdıran Belçikalı Raymond Qoethals isə 71 yaş 232 gün ilə kuboku qaldıran ən yaşlı baş məşqçi oldu.

- Həm futbolçu, həm də məşqçi kimi kubok qazananlar

Real Madrid-in Fransız çalıştırıcısı Zinəddin Zidan həm oyunçu həm də baş məşqçi kimi çempionluq yaşayanlar arasındadır.

Futbolçu karyerasında 2002-ci ildə Çempionlar Liqası kuboku qaldıran Zidan, Migel Munoz, Covanni Trapattoni, Johan Krayff, Karlo Ançelotti, Frank Raykaard və Josep Qvardiola-dan sonra baş məşqçi kimi də bunu bacaran yeddinci şəxs oldu.

- İlk qol Amokaçidən

Çempion Klublar Kubokunun 1992-ci ildə Çempionlar Liqası olaraq dəyiştirilməsinin ardından ilk qolu Daniel Amokaçi vurub.

Nigeryalı futbolcu, Belçikanın Club Brugge klubunda oynayarkən, CSKA Moskva-nı 1-0 yendikləri matçın 17-ci dəqiqəsində vurduğu qolla, UEFA Çempionlar Liqasının ilk qoluna da imza atmış oldu.

Yüzüncü qol, Barcelona-da Romariodan, mininci qol PSV-də Dmitri Xaklov-dan, iki mininci qol Boavista-da Ervin Sançezdən, üç mininci qol Juventus-da Devid Trezegedən, dörd mininci qol Liverpool-da Peter Krauçdan, beş mininci qol Benfika-da Luisaodan, altı mininci qol Borussia Dortmund-da Mario Götzedən, yeddi mininci qol Paris Saint-Germain-də forma geyinən Anxel Di Mariadan gəldi.

- Ata-oğul qazananlar

Qitənin ən nüfuzlu turnirində indiyədək 3 dəfə ata və oğulları qalib olub.

İtalyan Çezare Maldininin Milan ilə 1963-cü ildə sevinc yaşadığı kuboka, oğlu Paolo Maldini eyni komanda ilə 1989, 1990, 1994, 2003 və 2007-də qovuşdu.

Real Madrid-də forma geyinən Manuel Sançis Martinez 1966-cı ildə, oğlu Manuel Sançis Hontiyuelo da 1998 və 2000-ci illərdə kuboku qazanmağı bacardı.

Son olaraq, Karles Buskets, İspanyanın Barcelona klubu ilə 1992-ci ildə kuboku qazandı, 2009, 2011 və 2015-ci illərdə yenə Barcelona-da oynayan oğlu Serxio Buskets də kuboku başı üzərinə qaldırdı.



Zeynəb Əliyeva