28/11/2018
09:35
2576
| A A A
Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulur

Bu gün UEFA  Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına yekun vurulacaq.

Goal.az xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma keçiriləcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi Galatasaray Rusiyada Lokomotiv-in qonağı olacaq. İstanbul təmsilçisi növbəti mərhələ şansını davam etdirmək üçün mütləq qələbə qazanmalıdır. "Sarı-qırmızılar" heç-heçə edəcəyi təqdirdə Avropa Liqasında mübarizə aparacaq.

Günün mərkəzi qarşılaşması Fransada baş tutacaq. PSG ilk iki pillələrdə qərarlaşan komandalardan uzaqlaşmamaq üçün İngiltərə Liverpool-u ilə münasibətlərə aydınlıq gətirəcək.

Günün digər maraqla gözlənilən dueli İngiltərədə olacaq. Tottenham İtaliya İnter-i ilə qarşılaşacaq. London təmsilçisi mütləq qələbə qazanmalıdırsa, italyanlara 1/8 final üçün heç-heçə də bəs edir. Qrupda növbəti mərhələni təmin edən İspaniya Barcelona-sı isə səfərdə Hollandiyanın PSV komandası ilə üz-üzə gələcək.

Çempionlar Liqası, V tur

28 noyabr

A Qrupu

21:55. Atletiko (Madrid, İspaniya) - Monaco (Fransa)

00:00. Borussia (Dortmund, Almaniya) - Brügge (Belçika)

Xal durumu: Borussia - 9, Atletiko - 9, Brügge - 4, Monaco - 1

B Qrupu

00:00. Tottenham (İngiltərə) - İnter (İtaliya)

00:00. PSV (Eyndhoven, Hollandiya) - Barcelona (İspaniya)

Xal durumu: Barcelona- 10. İnter - 7. Tottenhem - 4, PSV - 1

C qrupu

00:00. Napoli (İtaliya) - Crvena Zvezda (Serbiya)

00:00. PSG (Fransa) - Liverpool (İngiltərə)

Xal durumu: Liverpool - 6, Napoli - 6, PSG- 5, Crvena Zvezda - 4.

D qrupu

21:55. Lokomotiv (Moskva, Rusiya) - Galatasaray (Türkiyə)

00:00. Porto (Portuqaliya) - Schalke (Almaniya)

Xal durumu: Porto - 10, Schalke - 8, Galatasaray - 4, Lokomotiv - 0. 

Mourinyo hansı klubu çalışdırsın?

REAL MADRID
%
MILAN
%
BAYERN MUNICH
%
INTER
%
11 səs