06/02/2019
10:58
4703
| A A A
UEFA-dan Çempionlar Liqası ilə bağlı gözlənilməz qayda dəyişikliyi

UEFA futbol üzrə Çempionlar Liqasında səfər qolu qaydasını ləğv etməyə hazırlaşır.

Goal.az xəbər verir ki, məsələ qurumun İcraiyyə Komitəsinin bu gün Romada keçiriləcək iclasında müzakirəyə çıxarılacaq və bu barədə yekun qərar qəbul olunacaq. Böyük ehtimalla, sözügedən qayda dəyişdiriləcək.

Qeyd edək ki, Çempionlar Liqası da daxil olmaqla, bəzi turnirlərdə səfərdə vurulan qollar komandalar üçün üstünlük hesab edilir. Bu qayda bir sıra klubların narazılığı ilə qarşılanır. Bundan əvvəl İngiltərə kubokunda səfər qolu qaydası ləğv olunub. Beynəlxalq Futbol Assosiasiyaları Birliyi də ölkə federasiyalarına bu qaydadan imtinaya icazə verib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7333 səs