12/02/2019
15:16
1267
| A A A
Çempionlar Liqası bir dəqiqəlik sükutla başlayacaq

Futbol üzrə Çempionlar Liqası və Avropa Liqası oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Goal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təyyarə qəzasında dünyasını dəyişən İngiltərənin Cardiff City klubunun futbolçusu Emiliano Salanın xatirəsi qarşıdakı matçlarda yad olunacaq.

Qurumun prezidenti Aleksander Çeferin Salanın ailəsinə və yaxınlarına başsağlığı verib. O, futbolçunun gənc yaşda həyatını itirməsinə təəssüfləndiyini deyib: "Mən qitə azarkeşlərini qarşıdakı günlərdə onun xatirəsinə hörmət etməyə çağırıram".

Qeyd edək ki, Emiliano Sala Cardiff City-yə qış transfer dövründə Fransa Nantes-indən 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Sala Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun meyiti aşkarlanıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
8188 səs