14/02/2019
12:32
10101
| A A A
UEFA Ajax-ın qolunun qeydə alınmama səbəbini açıqladı

Çempionlar Liqasında videotəkrar sistemi ilk dəfə qərar dəyişib.

Goal.az xəbər verir ki, hadisə 1/8 final mərhələsinin Ajax-la Real arasında keçirilən ilk görüşündə baş verib. Qarşılaşmanın 38-ci dəqiqəsində Ajax-ın müdafiəçisi Nikolas Talyafiko başla toru silkələsə də, VAR-a baxıldıqdan sonra qol qeydə alınmayıb. 

UEFA qolun ləğv olunmasının səbəbini rəsmi "Twitter" səhifəsindən açıqlayıb: Ajax - Real Madrid qarşılaşmasının I hissəsinin 38-ci dəqiqəsində Nikolas Talifikin başla vurduğu qol VAR sisteminə baxıldıqdan sonra ləğv edilib. Oyunun hakimi qərara alıb ki, Talifikin komanda yoldaşı Duşan Taşiç zərbə anında oyundan kənar vəziyyətdə olub. O, tutduğu mövqedə rəqibin qolkiperinə topa oynamağa və ya cəhdə mane olub. Qolun ləğvi düzgün qərardı.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16323 səs