14/03/2019
13:31
2663
| A A A
“Bayern Münich başından yuxarı tullana bilmədi”,-Kovaç

Bayern Münich-in baş məşqçisi Niko Kovaç ÇL-nin 1/8 finalının cavab matçında Liverpool-a məğlubiyyəti (1:3, ilk oyun 0:0) təhlil edib.

Goal.az xəbər verir ki, Xorvat çalışdırıcı bəxtin onlardan yan keçdiyini deyib.

“Hesab 1:2 olanda açıq futbol oynadıq. Bir standart vəziyyət matçın taleyini həll etdi. Rəqib futbolçularımızı rahat oynamağa qoynadı. Levandovskiyə göz açmağa imkan vermədilər. Liverpool güclü təzyiq, sürətli oyun sayəsində qalib gəldi. Top səviyyəli komandadır. Ötən il ÇL-nin finalında oynayıb. İngiltərə Premyer Liqasında da liderlər arasındadır. Heç kimi günahlandırmaq lazım deyil. Oyunumuz alınmadı. Bayern Münich başından yuxarı tullana bilmədi”, - Kovaç bildirib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16323 səs