14/03/2019
20:33
2448
| A A A
Neymar cəzalandırılacaq

PSG-nin hücumçusu Neymar cəzalandırıla bilər.



Goal.az Times nəşrinə istinadən xəbər verir ki, UEFA cəzanın müddəti ilə bağlı müzakirələri davam etdirir.

Çempionlar Liqasının 1/8 final mərhələsində Manchester United-lə keçirilən cavab qarşılaşmasından (1:3) sonra hakimlərə qarşı qeyri-etik fikirlər səsləndirən braziliyalı UEFA-nın Nizam-İntizam Komitəsinə cəlb edilmişdi. Times-ın iddiasına görə, komitə onu 3 matçlıq diskvalifikasiya etməyi planlaşdırır.

Qeyd edək ki, zədəli olduğu üçün cavab görüşünü buraxan Neymar baş hakim Damir Skominanı tənqid etmişdi.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16323 səs