15/03/2019
09:52
5789
| A A A
Çempionlar Liqasında 1/4 final və yarımfinalın püşkü atılır

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq.

Goal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Komandalar “səpələnmişlər” və “səpələnməmişlər”ə bölünməyəcəklər. Bir ölkəni təmsil edən kollektivlər bir-birləri ilə düşə bilərlər. Digər məhdudiyyətlərlə bağlı püşk ərəfəsində məlumat veriləcək.

İngiltərə təmsilçiləri Manchester City və Mançester United ev oyunlarını eyni və yaxın günlərdə keçirə bilməzlər. UEFA-nın Yarışların Təşkili Komitəsinin qaydalarına əsasən, ötən mövsüm milli çempionatda daha aşağı pillədə finiş edən komanda, yəni Mançester Yunayted” həmin oyunu səfərdə keçirməli olacaq. Belə olan halda, yarımfinal matçlarının təqvimi 1/4 finaldan sonra təsdiqlənəcək.

Qeyd edək ki, 1/4 finalın oyunları 9-10 və 16-17 apreldə keçiriləcək.

1/4 final mərhələsinin iştirakçıları

Ajax(Hollandiya)

Barcelona (İspaniya)

Juventus (İtaliya)

Liverpool (İngiltərə)

Manchester City (İngiltərə)

Manchester United (İngiltərə)

Porto (Portuqaliya)

Tottenham (İngiltərə)

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2984 səs