15/04/2019
14:20
10573
| A A A
Çempionlar Liqası: 1/4 finalın cavab oyunlarına hakim təyinatları

Türkiyəli FIFA referisi Cüneyt Çakır UEFA-dan yeni təyinat alıb.

Goal.az-ın məlumatına görə, 43 yaşlı hakim Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda keçiriləcək İngiltərə komandaları Manchester City və Tottenham-in matçını idarə edəcək.

Mançester şəhərindəki görüş aprelin 17-də Bakı vaxtı saat 23:00-da başlayacaq. Londondakı matçda Tottenham minimal hesablı qələbə qazanıb - 1:0.

Bu mərhələdəki Barcelona (İspaniya) - Manchester United (ilk oyun 1:0) qarşılaşmasını almaniyalı Feliks Brıx, Juventus (İtaliya) - Ajax (Hollandiya) oyununu (ilk oyun 1:1), fransalı Klement Turpin, Porto (Portuqaliya) - Liverpool (İngiltərə) (ilk oyun 0:2) duelini isə Hollandiyadan olan Danni Makkeli idarə edəcək.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
8918 səs