03/06/2019
17:21
13677
| A A A
Liverpool-dan ÇL tarixində rekord gəlir
Çempionlar Liqasının qalibi olan Liverpool-un qazancı da bəlli olub. 
Goal.az xəbər verir ki, Liverpool təxminən 110 milyon avrodan çox gəlir əldə edib. İndiyə qədər heç bir klub ÇL-dən bu qədər gəlir əldə etməmişdi. 
 
Liverpool-un qrup mərhələsində gəliri 32,85 milyon avro olub. Klub finala qədər daha 37,5 milyon avro qazanc əldə edib. Finaldakı qələbəyə görə isə 4 milyon avro irəli düşüb. 
 
Klub ÇL-in qalibi kimi Avropa Superkubokundakı iştirakına görə də 3,5 milyon avro qazanacaq. Həmin qarşılaşmada qalib gəlsə, gəliri 4,5 milyon avroya yüksələ bilər. 
 
Bundan əlavə, Liverpool UEFA-nın bu ildən tətbiq etdiyi "tarixi nəticələrə görə bonus” da (son 10 ildəki nəticələrə görə) əldə edib. Bu bonusun miqdarı isə 23 milyon avro olub. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33190 səs