16/09/2019
20:13
2244
| A A A
Messinin adı Borussia Dortmund-la oyunun iştirak ərizəsinə salındı

Çempionlar Liqasında qrup mərhələsinin ilk turunda Borussia ilə qarşılaşacaq Barcelona Dortmunda yola düşüb.

Goal.az xəbər verir ki, baş məşqçi Ernesto Valverde səfərə aparılan "22-liy"i açıqlayıb.

Diqqət çəkən məqam bu mövsüm hələ də debüt etməyən kapitan Lionel Messinin iştirak ərizəsində yer almasıdı. Həkimlər argentinalı superulduzun son yarım saatda meydana çıxmasına icazə veriblər. Həmçinin zədəsini sağaldan qapıçı Neto da heyətə salınıb. Yalnız müdafiəçi Samuel Umtiti və hücumçu Usman Dembele zədə ucbatından heyətdə yer almayıblar.

Qeyd edək ki, Borussia - Barcelona matçı sabah keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36035 səs