23/10/2019
09:58
3077
| A A A
Ramos Çempionlar Liqasının tarixinə keçdi

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Gaatasaray – Real Madrid matçında yeni rekord qeydə alınıb.

Goal.az xəbər verir ki, Madrid təmsilçisinin kapitanı Serxio Ramos İstanbuldakı qarşılaşmada 121-ci ÇL matçına çıxıb. İspaniyalı futbolçu bununla da qitənin ən nüfuzlu klub turnirində ən çox oyun keçirən müdafiəçiyə çevrilib.

ÇL-də müdafiəçilər arasında ən çox oyun keçirən futbolçu Roberto Karlos idi – 120. Ramos məhz keçmiş komanda yoldaşının rekordunu yeniləyib.

Qeyd edək ki, Ramosun komandası Galatasaray-la oyunda 1:0 hesablı qələbəyə sevinib.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
580 səs