16/12/2019
10:21
2970
| A A A
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılır

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Goal.az-ın məlumatına görə, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Püşk zamanı komandalar iki səbətdən çıxarılacaqlar:

Səpələnmişlər: Barcelona, Bayern Munich, Juventus, Leipzig, Liverpool, Manchester City, PSG, Valencia.

Səpələnməmişlər: Atalanta, Atletici Madrid, Chelsea, Borussia Dortmund, Lyon, Napoli, Real Madrid, Tottenham.

Səpələnmişlər səbətindəki komandalar cavab görüşünü öz meydanlarında keçirəcəklər. Püşkdə heç bir komanda öz ölkəsindən olan və qrupda qarşılaşdığı klubla düşə bilməz.